Yəmən BMT əməkdaşının ölümü ilə bağlı araşdırma tələb edir
02 Nov 2026, 11:07
1 baxış
Admin
Yəmən hökuməti husilərin əsirliyində olan BMT əməkdaşının ölümü ilə bağlı beynəlxalq və müstəqil araşdırma aparılmasını tələb edib.
News24.az xəbər verir ki, bu barədə Yəmənin xarici işlər naziri Əfrah əl-Zube bildirib.
Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının əməkdaşı Məhəmməd əl-Şami 2024-cü il iyunun 6-dan husilərin nəzarətində olub və həbsxanada həyatını itirib.
Nazir hadisəyə görə husiləri məsuliyyətli hesab edib və digər saxlanılan şəxslərin azad edilməsinə çağırıb.
O, həmçinin Şaminin saxlanma şəraitinin araşdırılmasını, ölümündə məsul şəxslərin müəyyən edilməsini və mərhumun tibbi qeydlərinə çıxışın təmin olunmasını tələb edib.
Mənbə:
news24.az