Digər

Süni intellekt bazarı silkələndi

30 Oct 2026, 14:33 11 baxış Admin
Süni intellekt bazarı silkələndi

Texnologiya şirkətlərinin süni intellektə böyük investisiyaları investorların narahatlığını artırıb. Cümə günü sektorun səhmlərində ucuzlaşma davam edib.
“Bakupost” xəbər verir ki, “Intel”in dördüncü rüb üçün satış proqnozu analitiklərin gözləntilərindən aşağı olub. Şirkət satışlarının 15–16 milyard dollar olacağını açıqlayıb. Analitiklərin orta proqnozu isə 17 milyard dollar idi.
“Amazon” üçüncü rübdə süni intellekt xidmətləri və məlumat mərkəzlərinə 77 milyard dollardan çox vəsait xərcləyib. Bu məbləğ gözləntiləri üstələyib. Şirkətin səhmləri birjadankənar ticarətdə 7 faiz ucuzlaşıb.
“Meta”nın səhmləri də süni intellekt investisiyalarını artırmaq planından sonra 10 faiz dəyər itirib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər