Digər

"Brent" neftinin qiyməti 111 dollardan aşağı düşüb

02 Nov 2026, 09:09 2 baxış Admin
"Brent" neftinin qiyməti 111 dollardan aşağı düşüb

Dünya bazarında “Brent” markalı neftin qiyməti oktyabrın 22-dən bəri ilk dəfə bir barel üçün 111 dollardan aşağı enib.


"Bakupost" xəbər verir ki, bu barədə Londonun ICE birjasının ticarət məlumatlarında bildirilib.
Məlumata görə, Bakı vaxtı ilə saat 06:04-də yanvar ayı üzrə “Brent” neftinin fyuçerslərinin qiyməti 0,52 faiz azalaraq 110,98 dollar təşkil edib.
Saat 06:14-ə olan məlumata əsasən isə neftin qiymətində azalma davam edib. Belə ki, “Brent”in bir barelinin dəyəri 0,79 faiz ucuzlaşaraq 110,68 dollara düşüb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər