Cəmiyyət

Noyabrda neçə qeyri-iş günü var?

02 Nov 2026, 09:50 1 baxış Admin
Noyabrda neçə qeyri-iş günü var?

Noyabr ayında Azərbaycanda 11 gün qeyri-iş günü olacaq.

News24.az xəbər verir ki, bu, beşgünlük iş həftəsi ilə çalışanlara aiddir.

Noyabrın 8-də Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib.

Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. İşçilər noyabrın 11-də işə çıxacaqlar.

Noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir.

Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə noyabr ayında ümumilikdə 7 gün qeyri-iş günü nəzərdə tutulub.

Noyabrın 12-də qeyd olunan Konstitusiya Günü və noyabrın 17-də qeyd olunan Milli Dirçəliş Günü iş günü hesab edilir./Yeni sabah/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər