ABŞ və İsrail İrana daha dağıdıcı zərbələr endirməyə hazırlaşır - FT
02 Nov 2026, 12:31
1 baxış
Admin
ABŞ və İsrail İrana qarşı qısamüddətli, lakin intensiv hərbi zərbələr endirməyi nəzərdə tutan plan hazırlayıb.
"Bakupost" xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp neft və benzinin qiymətlərində kəskin artımın qarşısını almaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatın başlanmasını aralıq seçkilərdən sonraya saxlayıb. Bununla belə, səsvermədən dərhal sonra hərbi əməliyyatların yenidən başlanması mümkündür.
Nəşrin məlumatına görə, zərbələrin əsas hədəfləri İranın nüvə və raket obyektləri, eləcə də elektrik stansiyaları ola bilər. Bu halda Tehranın sərt cavab tədbirləri ilə çıxış edəcəyi gözlənilir.
Yasəmən, BakuPost
Mənbə:
bakupost.az