Digər

Binəqədidə qadını maşın vurdu:

30 Oct 2026, 11:35 10 baxış Admin
Binəqədidə qadını maşın vurdu:

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yaşlı qadını avtomobil vurub.
"Bakupost"un əldə etdiyi məlumata görə, hadisə saat 07:00-da, ərazidə yerləşən yerüstü piyada keçidinin altında baş verib.
Hadisənin şahidinin sözlərinə görə, qadın işə tələsdiyi üçün yolu keçməyə çalışıb. O hadisə anını belə xatırlayıb:
"Avtomobilin piyadaya çırpıldığı an yaranan səs, qadının qışqırığı hələ də qulaqlarımdan getmir. Dediyinə görə, işə tələsirmiş, ona görə də yolu tez keçmək istəyirmiş. Amma keçə bilmədi, sağlamlığından oldu. Sürücünü də çox çətin vəziyyətə saldı. Sürücü şoka düşmüşdü, qadın isə yerdə ayağını tutaraq ağrıdan ağlayırdı, ayağa qalxmağa halı yox idi. Yoldan keçən başqa bir şəxslə köməkləşib qadını avtomobilin arxa oturacağına uzatdıq. Sürücünü özünə gətirib yaxınlıqdakı xəstəxananın yerini göstərdik. Bir qadın da xəsarət alan şəxslə birlikdə xəstəxanaya getdi".
Qeyd edək ki, "Bakupost" bu ilin yanvar ayında sözügedən ərazidə yerləşən yerüstü piyada keçidinin eskalatorunun uzun illərdir işləməməsi ilə bağlı "İllərdir davam edən eskalator problemi: "Hamilə qadınlar əziyyət çəkir"" başlıqlı yazı dərc etmişdi.Baş verən hadisə bir daha göstərir ki, ərazidə piyadaların təhlükəsizliyi ilə bağlı problemlər hələ də öz həllini tapmayıb. Görünən odur ki, aidiyyəti qurumlar uzun müddətdir mövcud olan bu problemin aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazımi tədbirləri görməyiblər.
Lalə Novruz, BakuPost

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər