Cəmiyyət

Məktəbli motosiklet qəzasında öldü

29 Oct 2026, 17:27 10 baxış Admin
Məktəbli motosiklet qəzasında öldü

Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib.
Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan məktəbli hadisə yerində ölüb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə dərs saatlarında baş verməyib.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər