Cəmiyyət

Ceyranbatanda 10 şagird zəhərləndi

29 Oct 2026, 17:31 11 baxış Admin
Ceyranbatanda 10 şagird zəhərləndi

17:04

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.


"Bakupost" APA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.
***
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin zəhərlənən şagirdlərinə tibbi yardım göstərilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 29-da saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər