Dünya

Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya

26 Oct 2026, 21:42 1 baxış Admin
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya

Rusiya taxılın Qara dəniz vasitəsilə təhlükəsiz daşınmasını təmin etmək üçün müxtəlif təklifləri nəzərdən keçirir, bu məsələ ilə bağlı Türkiyə və digər ölkələrlə danışıqları davam etdirir.


"Bakupost" xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimov deyib.
Onun sözlərinə görə, Moskva müxtəlif ölkələrdən daxil olan təklifləri araşdırır və taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı maraqlı tərəflərlə müzakirələri davam etdirir.
O bildirib ki, Qara dəniz taxıl təşəbbüsünün bərpası məsələsi Birləşmiş Millətlər Təşkilatında da müzakirə olunur. Bununla belə, Rusiya tərəfi sazişin yenidən qüvvəyə minməsi ilə bağlı təklif olunan variantlarla razılaşmır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər