“Sosial şəbəkələr demokratiyaya zərər vurur”
26 Oct 2026, 21:31
1 baxış
Admin
Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkələrin cəmiyyətdə qütbləşməni dərinləşdirdiyini və demokratiyaya zərər vurduğunu bildirib.
"Bakupost" xəbər verir ki, Makron bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələr zorakılıq səhnələrinə cəmiyyətin reaksiyasını iflic edir və ən dağıdıcı qüvvələrin səfərbər olunması üçün alətə çevrilir.
Makron qeyd edib ki, oktyabrın 17-də platformalardan cinayətlərin, hücumların və talanların baş verdiyi ərazilərə gəncləri və yalnız gəncləri deyil, müxtəlif yaş qruplarından olan insanları cəlb etmək üçün istifadə olunub.
Fransa Prezidenti, həmçinin sosial şəbəkələrdə zorakılığın reallığından müəyyən dərəcədə uzaqlaşma meylinin formalaşdığını vurğulayıb.
Mənbə:
bakupost.az