Maraqlı

Sağ ikən özü və həyat yoldaşı üçün məzar qazdırdı

26 Oct 2026, 11:24 3 baxış Admin
Sağ ikən özü və həyat yoldaşı üçün məzar qazdırdı

Türkiyənin Adıyaman vilayətində yaşayan 85 yaşlı Əli Karatepe özü və 78 yaşlı həyat yoldaşı Naciye Karatepe üçün əvvəlcədən məzar qazdırıb.

News24.az xəbər verir ki, Əli Karatepe vəfat etdikdən sonra heç kimə əziyyət vermək istəmədiyi üçün bu addımı atıb.

Doqquz övladı olduğunu bildirən kişi onların işləmək üçün müxtəlif şəhərlərə köçdüyünü və həyat yoldaşı ilə kənddə tək qaldıqlarını söyləyib.

Əli Karatepe qarşıdan gələn qışın sərt keçə biləcəyini vurğulayaraq bildirib ki, qışda onlardan birinin vəfat edəcəyi təqdirdə kənd sakinlərinin qar və palçıq içində məzar qazmaq məcburiyyətində qalmasını istəmir.

“Allah yaşadığımız müddətdə bizi heç kimə möhtac etməsin. Yaşımız ötdü, qarşıda bizi uzun və çətin qış gözləyir. Kəndimizdə gənc qalmayıb. Heç kim bizə görə çətinlik çəkməsin deyə indidən tədbirimizi gördük. Məzarlarımızı qazdırdıq, Allaha şükür”, – deyə o bildirib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər