Kris Braunun həbs cəzası dəyişdirildi
27 Oct 2026, 00:56
2 baxış
Admin
Amerikalı müğənni Kris Braun gecə klubunda törətdiyi hücuma görə şərti həbs cəzasına məhkum edilib.
News24.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb. Sənətçiyə əvvəlcə 8 ay həbs cəzası verilsə də, sonradan cəza 12 ay şərti həbs ilə əvəzlənib.
Hadisə 2023-cü ildə baş verib. Kris Braun musiqi prodüseri Abraham Diaunu şüşə butulka ilə iki dəfə vurub, yerə yıxıldıqdan sonra isə onu bir neçə dəfə təpikləyib. Nəticədə prodüser baş və diz nahiyələrindən xəsarət alıb.
2025-ci ildə həbs edilən müğənni 2026-cı ilin iyulunda təqsirini etiraf edib. Onun vəkili Braunun hadisə zamanı orada olan şəxslərdən üzr istədiyini bildirib.
Mənbə:
news24.az