Deputat Arzuxan Əlizadənin oğlu
25 Oct 2026, 21:36
1 baxış
Admin
Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə həbs edilib.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Əhməd Əlizadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***19:04
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə başqa məhkəmədə baxılacaq.
Əhməd Arzuxan oğlu Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxan hakimlər özlərinə etiraz ediblər.
Bununla əlaqədar material aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Əhməd Əlizadəyə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, deputat Arzuxan Əlizadənin digər oğlu Xətai Rayon Məhkəməsində hakimdir.
Mənbə:
bakupost.az