Dünya

Husilər bu ölkəni vurdu: Yaralılar var

25 Oct 2026, 20:59 1 baxış Admin
Husilər bu ölkəni vurdu: Yaralılar var

Səudiyyə Ərəbistanının cənubuna Yəmənin "Ənsarullah" hərəkatı (husilər) tərəfindən buraxılmış ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.

"Bazar günü mülki müdafiə qüvvələri iki ballistik raketin ələ keçirilərək məhv edilməsindən sonra onların qalıqlarının düşməsini qeydə alıb", - bəyanatda qeyd olunub.

Bildirilib ki, Səudiyyə Ərəbistanı vətəndaşı və Asiya ölkələrindən birindən olan şəxs xəsarət alıblar.

Bundan başqa, qalıqların düşməsi nəticəsində üç yaşayış evi və yeddi avtomobil zədələnib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər