Cəmiyyət

Millimiz dünya çempionatına qələbə ilə başladı

24 Oct 2026, 22:49 1 baxış Admin
Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb.


“Bakupost” AZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb.
Görüş Famil Xəlilovun yetirmələrinin 6:0 hesablı böyük qələbəsi ilə başa çatıb. Millimizin heyətində Müşfiq Zamanov (2), Həsən Məmmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə fərqləniblər.
Yığmamız növbəti görüşünü oktyabrın 24-də Andorra komandasına qarşı keçirəcək.
Qeyd edək ki, turnirin ilk oyunlarına oktyabrın 23-də start verilib. İlk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər