"Qarabağ" – "Neftçi" matçından sonra qarışıqlıq: Stadionun qarşısını tüstü bürüdü
17 Oct 2026, 22:43
24 baxış
Admin
Misli Premyer Liqasının VIII turunda keçirilən “Qarabağ” – “Neftçi” matçından sonra stadionun qarşısında qarışıqlıq yaranıb.
"Bakupost" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma başa çatdıqdan sonra azərkeşlər məşəllər yandırıblar. Ərazini tüstü bürüyüb, azərkeşlərin qaçdığı anlar kamerala düşüb.
Qarışıqlığın səbəbi məlum deyil.
Qeyd edək ki, qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Mənbə:
bakupost.az