İdman

UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başladı- Canlı- YENİLƏNİR

13 Oct 2026, 21:08 20 baxış Admin
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başladı- Canlı- YENİLƏNİR

"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.

News24.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda Azərbaycan klubu hesabı açıb.

17-ci dəqiqədə Kahim Parris fərqlənib.

20:46

"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

News24.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər