İdman

Ronaldo: Mən tarixin ən böyük futbolçusuyam

13 Oct 2026, 01:00 23 baxış Admin
Ronaldo: Mən tarixin ən böyük futbolçusuyam

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo özünü bütün zamanların ən yaxşı futbolçusu hesab etdiyini bildirib.

News24.az xəbər verir ki, Beşqat “Qızıl top” mükafatçısı bu sözləri “CNN Portugal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, vurduğu qollar onun üstünlüyünü göstərir.

“Mən bütün zamanların ən yaxşısıyam, nöqtə! Qollara gəldikdə, rəqəmlər öz sözünü deyir. Özümdən daha yaxşısını tanımıram”, – Ronaldo bildirib.

O, həmçinin hazırkı çıxışlarının və vurduğu qolların yetərincə qiymətləndirilməməsindən təəssüfləndiyini deyib.

Futbolçu 1000 qol həddinə çatmağın möhtəşəm uğur olacağını da əlavə edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər