Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında saziş təsdiqləndi
12 Oct 2026, 15:33
19 baxış
Admin
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında saziş təsdiqlənib.
"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qeyd edək ki, sənəd 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmışdı.
Mənbə:
bakupost.az