Dünya

Yeni növ sərnişin avtobusları gəlir

07 Oct 2026, 14:33 18 baxış Admin
Yeni növ sərnişin avtobusları gəlir

İsveçrənin “Winduction” şirkəti elektrikli avtobusların dayanacaqlarda təkərlər vasitəsilə naqilsiz enerji yığmasına imkan verən sistem hazırlayıb.
“Bakupost” xəbər verir ki, sistemdə enerji altdakı lövhələrdən avtobusun xüsusi təkərlərinin daxilindəki bobinlərə ötürülür. Şirkət enerji ötürülməsində 90%-dən çox səmərəlilik əldə edildiyini bildirir.
Texnologiya avtobuslarda daha kiçik batareyalardan istifadə etməyə imkan verə bilər. Bu isə nəqliyyat vasitəsinin çəkisinin və qiymətinin azalmasına şərait yaradacaq.
Şirkət hazırda sistemi İsveçrədə sınaqdan keçirir və 2028-ci ildə sərnişin daşıyan ilk pilot layihəni həyata keçirməyi planlaşdırır.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər