Faciəli şəkildə ölən 17 yaşlı Elcanın FOTOSU
06 Oct 2026, 20:15
18 baxış
Admin
Qax şəhərində 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
News24.az xəbər verir ki, 17 yaşlı Elcan Muxtarov peşə məktəbində oxuyurdu. Ailədə bir bacı, bir qardaş olub.
Qeyd edək ki, avtomobildə olan digər sərnişinlər - Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdulətif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır./unikal.az
Mənbə:
news24.az