Əraqçıyə qarşı impiçment qanunu: Nyu-York səfəri başına bəla oldu
06 Oct 2026, 16:21
17 baxış
Admin
İranın xarici işlər naziri Abbas Əraqçınin impiçmenti ilə bağlı qanun layihəsi ölkə parlamentində qeydiyyata alınıb.
“Bakupost” xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi məlumat verib.
O bildirib ki, parlament üzvlərindən biri impiçment qanun layihəsini qeydiyyata alıb, lakin sənəd hələlik parlamentin rəyasət heyətinə təqdim edilməyib.
Qeyd edək ki, Əraqçı BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı vasitəçilər vasitəsilə Amerika tərəfi ilə icazəsiz danışıqlar aparmaqda ittiham olunur.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az