Müctəba Xameneinin oğlu ali məktəb tələbəsi oldu
06 Oct 2026, 14:40
21 baxış
Admin
İranın Ali Rəhbəri Müctəba Xameneinin oğlu Məhəmməd Baqer Hüseyni Xamenei ali məktəbə qəbul olunub.
"Bakupost" Asr-e Iran-a istinadla xəbər verir ki, onun adı humanitar elmlər sahəsində qəbul olunmuş abituriyentlər arasında 106-cı yerdə qərarlaşıb.
Oğul-Xamenei ilə bərabər, hazırkı Ali Rəhbərin qayınatası Qulam Əli Həddad Adelin nəvəsi Mühiəddin Həddad Adel də humanitar fənlər kateqoriyasında 910 balla uğur qazanmış abituriyetlər arasındadır.
Hər iki şəxs humanitar elmlər üzrə ixtisaslaşmış Fərhəng Oğlanlar Liseyində təhsil alacaq.
Mənbə:
bakupost.az