XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi
04 Oct 2026, 12:51
22 baxış
Admin
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Lesotonun Müstəqillik Gününü təbrik edib.
News24.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
"Lesotonun Milli Bayramı münasibətilə Lesoto Krallığının xalqına və Hökumətinə səmimi təbriklər! Milli Bayramınız mübarək!", - paylaşımda deyilir.
Xatırladaq ki, ölkə (keçmiş adı ilə Basutoland) 4 oktyabr 1966-cı ildə Böyük Britaniyadan müstəqillik qazanaraq suveren dövlətə çevrilib.
Mənbə:
news24.az