Siyasət

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

22 Oct 2026, 14:58 5 baxış Admin
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib.

News24.az xəbər verir ki, bu barədə nazir Əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib.

Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmət rəisinin müavini idi. Amma ondan əvvəl elə FHN-də işləyib.

Bir müddət əvvəl onun yenidən FHN-də vəzifəyə gətirildiyi barədə məlumat yayılmışdı, amma hansı vəzifəyə qayıtdığı qeyd olunmurdu. (Qafqazinfo)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər