İspaniya millisi Çexiyanı məğlub edərək rekordunu yenilədi
04 Oct 2026, 01:04
23 baxış
Admin
İspaniya futbol millisi Millətlər Liqasının ikinci turunun oyununda Çexiya yığmasını 3:1 hesabı ilə məğlub edib. Görüş Ovyedoda keçirilib.
News24.az xəbər verir ki, qalib komandanın heyətində Lamin Yamal (6-cı dəqiqə), Rodri (35) və Mikel Merino (89) fərqləniblər. Çexiya millisinin heyətində isə İrji Slama (69) qol vurub. Qarşılaşmanın 85-ci dəqiqəsində çexiyalı futbolçu Ladislav Kreyçi meydandan qovulub.
İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu yeniləyib. Hazırda bu seriya 41 matçdan ibarətdir.
Mənbə:
news24.az