Dünya

Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu -

03 Oct 2026, 22:02 10 baxış Admin
Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu -

Ukraynada gedən döyüşlərdə daha bir soydaşımız həlak olub.


“Bakupost” xəbər verir ki, uzun illər Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov cəbhədə həyatını itirib.
Z. Həbibov hələ 2014-cü ildə Antiterror Əməliyyatında (ATO) iştirak edərək Ukraynanı müdafiə etməyə başlayıb. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra həmin ilin iyun ayında yenidən xidmətə qayıdan soydaşımız cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib.
O, 2026-cı il sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak olması rəsmən təsdiqlənib
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər