ABŞ icazə verdi: Bu ölkədən İrana uçuşlar olacaq
03 Oct 2026, 21:35
13 baxış
Admin
ABŞ İraq hökumətinin müraciətindən sonra İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanından gündəlik 40 reys həyata keçirməsinə icazə verib.
"Bakupost" xəbər verir ki, bu barədə İraq Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, icazə “Mahan” aviaşirkətinə şamil olunmur.
Qərarın əsasən humanitar, müalicə, təhsil və dini ziyarət məqsədilə səfərlərin asanlaşdırılmasına xidmət etdiyi qeyd olunub. İstisna bir ay müddətinə verilib.
Mənbə:
bakupost.az