3 yaşlı uşağın əli mətbəx çanağında ilişdi - Belə xilas etdilər+ VİDEO
03 Oct 2026, 14:38
10 baxış
Admin
Quba rayonu, Bəhrəli kəndində azyaşlının əli mətbəx çanağının süzgəcində sıxılı vəziyətdə qalıb.
News24.az xəbər verir ki, hadisə ilə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 2023-cü il təvəlüdlü azyaşlının əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.
Mənbə:
news24.az