Digər

Piylənmə Avropaya milyardlarla zərər vurdu

29 Sep 2026, 11:38 21 baxış Admin
Piylənmə Avropaya milyardlarla zərər vurdu

Avropada artıq çəki və piylənmənin iqtisadi yükü ilə bağlı yeni hesabat hazırlanıb.

News24.az xəbər verir ki, Səhiyyə İqtisadiyyatı Ofisinin araşdırmasına əsasən, Almaniya, Fransa, İtaliya, İspaniya, İrlandiya, Yunanıstan, Rumıniya və Böyük Britaniyada artıq çəki və piylənmənin illik iqtisadi zərəri ümumi daxili məhsulun 0,7-1,4 faizinə bərabərdir.

Araşdırmaya görə, ən yüksək məbləğ Almaniyada qeydə alınıb – 55,2 milyard avro. Böyük Britaniyada bu göstərici 43,2 milyard, İspaniya, İtaliya və Fransada isə təxminən 20 milyard avrodur.

Mütəxəssislər bildirirlər ki, problemin təsiri yalnız səhiyyə xərcləri ilə məhdudlaşmır. İşə çıxmama, əmək qabiliyyətinin itirilməsi və vaxtından əvvəl ölümlər də iqtisadi itkiləri artırır./Euronews/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər