"Xankəndi" komandasına baş məşqçi təyin edildi
29 Sep 2026, 11:05
20 baxış
Admin
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.
News24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Klub Röyal Nəcəfovla müqavilə imzalayıb.
Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.
Mənbə:
news24.az