İdman

Azərbaycan çempionatları tarixində on beş mininci qol vuruldu

23 Oct 2026, 22:49 1 baxış Admin
Azərbaycan çempionatları tarixində on beş mininci qol vuruldu

Azərbaycan çempionatları tarixində yüksək liqada on beş mininci qol vurulub.

News24.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, yubiley topu Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə on beş mininci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər