İdman

Yankoviç İrəvanda Ermənistan yığmasına qarşı - Foto

29 Sep 2026, 09:47 22 baxış Admin
Yankoviç İrəvanda Ermənistan yığmasına qarşı - Foto

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinin heyətində İrəvanda Ermənistan yığmasına qarşı oynayıb.

News24.az Qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 2-ci tur matçına start heyətində çıxıb və 90 dəqiqə meydanda olub.

Monteneqro səfərdə Ermənistanı 3:2 hesabı ilə məğlub edib. Yankoviç də komandasının qələbə qazandığı görüşdə iştirak edib. Monteneqro qələbə qolunu 89-cu dəqiqədə (Aleksa Latkoviç) vurub.

Bu nəticədən sonra Monteneqro 2 oyundan 6 xalla qrupun lideridir. Ermənistan isə 3 xalla 2-ci pillədə qərarlaşıb.

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər