Digər

Qızıl sürətlə ucuzlaşır

28 Sep 2026, 15:38 21 baxış Admin
Qızıl sürətlə ucuzlaşır

Qızılın qiyməti neftin bahalaşması və ABŞ-də faiz artımı gözləntilərinin güclənməsi fonunda kəskin ucuzlaşıb.
“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 2,1 faiz azalaraq bir unsiya üçün 4 198,10 dollara düşüb. Gün ərzində qiymət 4 191,40 dollara qədər geriləyib.
Neft qiymətlərinin yüksəlməsi inflyasiya ilə bağlı narahatlıqları artırıb. Bu isə investorların ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yenidən artıracağı gözləntilərini gücləndirib.
Bazar iştirakçıları bu həftə ABŞ-də açıqlanacaq inflyasiya və məşğulluq göstəricilərini izləyəcəklər. Məlumatların gözləntilərdən yüksək olması istiqraz gəlirlərini artıraraq qızılın qiymətinə əlavə təzyiq göstərə bilər.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər