Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı
26 Sep 2026, 18:23
2 baxış
Admin
Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Siyəzən rayon ərazisində olub.
Belə ki, “Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib, nəticəsində yük avtomobili əvvəlcə “Opel” markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarına aşıb.
Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)
Mənbə:
news24.az