Ağcabədidə ağır qəza: iki qardaş həyatını itirdi – FOTO
26 Sep 2026, 19:00
2 baxış
Admin
Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki qardaş həyatını itirib.
Hazırda hadisənin təfərrüatları və ölən şəxslərin kimliyi dəqiqləşdirilir. (Trend)
Mənbə:
news24.az