Cəmiyyət

Məşhur həkim paylaşımına görə “Sabah” klubundan

26 Sep 2026, 17:19 2 baxış Admin
Məşhur həkim paylaşımına görə “Sabah” klubundan

“Liv Bona Dea” Hospitalının uroloqu Elbəyi Daşdəmirli ilə Mərkəzi Klinikanın travmatoloqu Yasin Haxverdiyevin “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla bağlı yazışması müzakirələrə və tənqidlərə səbəb olub.
“Bakupost” məsələ ilə bağlı Elbəyi Daşdəmirli ilə əlaqə saxlayıb. Həkim saytımıza açıqlamasında sözügedən paylaşımın artıq silindiyini və “Sabah” klubundan üzr istədiyini bildirib.
“"Sabah"ın nümayəndəsi mənə zəng vurmuşdu, onlara bildirdim ki, ehtiyatsızlıq olub. Həmin post artıq silinib, rəhbərliyin də xəbəri var. Qeyri-ciddi yazılmış bir şey idi. Jurnalistlərin bunu ciddiyə almasını başa düşürəm, amma dediyim kimi, klubun nümayəndəsi zəng vurub, biz də üzr istəmişik”, - deyə E.Daşdəmirli qeyd edib.
Yasin Haxverdiyev isə "Bakupost"a pasiyent məxfiliyinin həkimlik peşəsinin əsas prinsiplərindən biri olduğunu bildirib:
"Həkimin işi təkcə xəstə müalicə etmək deyil, həm də insanları sağlamlıqla bağlı məlumatlandırmaqdır. Məsələn, 40 yaşdan sonra kişilərə prostat sağlamlığına diqqət etməyi xatırlatmaq da tibbi maarifləndirmədir. Hər şeyi də qalmaqala çevirməyə ehtiyac yoxdur".
Qeyd edək ki, sözügedən yazışmada “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın tibbi məlumatları ictimai şəkildə paylaşılıb. Digər həkim Y.Haxverdiyev “Sabah”ın “Barselona” ilə qarşılaşmada məğlub olacağına işarə edərək, “Barselona”nın baş məşqçisi Hans Flikin Valdasa prostat müayinəsi aparacağını yazıb. E.Daşdəmirli isə “Elə həmin oyuna hazırlayıram (Valdas Dambrauskas-ı -red)” cavabını verib.
Yazışma həkim etikasının prinsiplərinin pozulması, pasiyent məxfiliyinin qorunmaması baxımından ciddi tənqid olunub.
Lalə, BakuPost





Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər