Dünya

Rusiyadan hücum təhlükəsi - Litva və Polşa təcili təxliyəyə hazırlaşır

25 Sep 2026, 17:50 1 baxış Admin
Rusiyadan hücum təhlükəsi - Litva və Polşa təcili təxliyəyə hazırlaşır

Litva və Polşa Baltikyanı ölkələrin əhalisinin bir hissəsinin Polşa ərazisi üzərindən təxliyəsi ilə bağlı birgə plan hazırlayır.

News24.az xəbər verir ki, bunu Litva Milli Böhran İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas açıqlayıb.

Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə Litva, Latviya və Estoniya sakinlərinin sərhəddən təxliyəsinin necə həyata keçiriləcəyinə dair prosedurlar müəyyənləşdirilməlidir.

“Əhalinin müəyyən hissəsinin həm Litvadan, həm də qonşu Latviya və Estoniyadan təxliyəsi zərurəti yaranarsa, nə etməliyik? Prosedurları qiymətləndirməliyik. Polşadakı həmkarlarımızın da mümkün çatışmazlıqları müəyyənləşdirə bilməsi üçün aydın fəaliyyət planı olmalıdır”, – deyə Vitkauskas bildirib.

O qeyd edib ki, Litvada artıq daxili təxliyə planı hazırlanıb. Hazırda isə beynəlxalq təxliyə planı üzərində iş aparılır.

Plan çərçivəsində insanların Litvaya daxil olması və ölkədən çıxması zamanı nəqliyyat axınının təşkili, həmçinin körpülər və digər infrastruktur obyektlərinin gücləndirilməsinə ehtiyacın qiymətləndirilməsi nəzərdə tutulur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər