Cəmiyyət

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

25 Sep 2026, 19:09 2 baxış Admin
Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib.


"Bakupost" xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib.
Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyini vurğulayıb.
Aktyor xəstəxanada olduğu müddətdə onun üçün narahat olan doğmalarına, yaxınlarına, çalışdığı teatrın kollektivinə təşəkkür edib:
“Əziz dostlar, bildiyiniz kimi, son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Mediada kifayət qədər bu barədə məlumat yayıldığından təfərrüata ehtiyac görmürəm. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində davam etdirəcəyəm. Xəstəxanada olduğum müddətdə mənim üçün narahat olan doğmalarıma, yaxınlarıma, çalışdığım Milli Gənc Tamaşaçılar Teatrının kollektivinə, səhhətimlə ilk gündən xüsusi qayğı ilə maraqlanan teatrımızın direktoru, dəyərli, əziz Naidə xanım İsmayılzadəyə və məni sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, aktyor bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Yaxınları onun şəkərdən əziyyət çəkdiyini bildirib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər