Gənc motosikletçini küçənin ortasında döyüb xəstəxanalıq etdilər
25 Sep 2026, 19:36
1 baxış
Admin
Antalyada motosiklet sürən gənc küçənin ortasında 3 nəfər tərəfindən təpik və yumruq zərbələri ilə döyülüb.
"Bakupost" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gəncin ara küçədən sürətlə qarşısına çıxan avtomobilə siqnal verməsindən sonra baş verib.
Belə ki, siqnal səsindən sonra avtomobil sürücüsü motosikletlə hərəkət edən B.D.-nin arxasınca sürətlə gəlib və onun qarşısını kəsib.
Sürücü əvvəlcə avtomildən düşmədən B.D. ilə sözlü mübahisə edib.
Bir neçə dəqiqə sonra isə yanına gələn iki nəfərlə birlikdə B.D.-yə hücum edərək onu döyməyə başlayıb.
Hadisə nəticəsində xəsarət alan B.D. xəstəxanaya yerləşdirilib. Döyülmə anları ətrafdakı şəxslərdən biri tərəfindən mobil telefonla lentə alınıb.
Lalə, BakuPost
Mənbə:
bakupost.az