Cəmiyyət

Dünən vəzifədən azad edilən icra başçısı təhsil naziri təyin edildi

25 Sep 2026, 16:12 1 baxış Admin
Dünən vəzifədən azad edilən icra başçısı təhsil naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.
“Bakupost” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Qərar qəbul edilib.
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər