Cəmiyyət

Fevrala qədər yüz minlərlə insan öləcək? - Proqnoz dəhşətə gətirdi

25 Sep 2026, 16:55 2 baxış Admin
Fevrala qədər yüz minlərlə insan öləcək? - Proqnoz dəhşətə gətirdi

El-Nino iqlim hadisəsinin təsiri ilə yaxın aylarda dünyada temperaturun yüksəlməsi ciddi nəticələrə səbəb ola bilər. Alimlərin hesablamalarına görə, həddindən artıq isti hava şəraiti ilə əlaqədar lazımi tədbirlər görülmədiyi təqdirdə, fevral ayınadək əlavə yüz minlərlə insanın həyatını itirməsi riski var.

El-Nino hadisəsinin təsiri ilə qlobal temperaturun yüksəlməsi fevraladək dünyada təxminən 450 min əlavə ölümə səbəb ola bilər. Tədqiqatçıların hesablamalarına görə, insanların həddindən artıq istidən qorunması üçün tədbirlər görülməzsə, bu risk arta bilər. Bu barədə Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyasının hesabatınada qeyd olunub.

Məsələ ilə bağlı News24.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı yayılan bəzi açıqlamalar cəmiyyətdə narahatlıq və qorxu yarada bilər:

"Dünyada hər gün milyonlarla insan doğulur və ölür, bu səbəbdən El-Nino hadisəsinin təsiri ilə bağlı əlavə ölüm rəqəmlərinin təqdim olunması müəyyən qədər şişirdilmiş yanaşma təsiri bağışlayır. İndiyə qədər qlobal iqlim dəyişiklikləri ilə bağlı o qədər provokativ məlumatlar səsləndirilib ki, insanların əsəbləri və psixologiyası ilə oynanılır. El-Nino milyon illərdir mövcud olan təbii iqlim hadisəsidir. Son dövrlərdə isə bu məsələ daha çox aktuallaşdırılıb".

Ekspert qeyd edib ki, El-Nino nəticəsində yağıntıların artması, quraqlığın yaranması və temperatur dəyişikliklərinin baş verməsi mümkündür:

"Məsələn, Avropada yaz və yaz aylarında müşahidə olunan temperatur dəyişikliklərinə də bu hadisənin müəyyən təsiri var. El-Nino cərəyanının iqlim proseslərinə ciddi təsirini heç kim inkar edə bilməz. Lakin bu hadisə indi yaranmayıb və insanları qorxuya salacaq şəkildə təqdim edilməməlidir. Yer kürəsində, eyni atmosferdə yaşayırıq və baş verən dəyişikliklər müxtəlif regionlara təsir göstərə bilər. Azərbaycanda da El-Ninonun müəyyən təsirləri hiss olunur. Əsas məsələ təbii hadisələrə - istiyə də, soyuğa da, yağıntılara da hazırlıqlı olmaq, qabaqlayıcı tədbirlər görmək lazımdır”.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər