Dünya

Nepalın baş naziri: Daşqınlar dünyaya mesajdır

25 Sep 2026, 17:11 1 baxış Admin
Nepalın baş naziri: Daşqınlar dünyaya mesajdır

Nepalın baş naziri Balendra Şah ölkədə baş verən daşqınların iqlim dəyişikliyi ilə bağlı dünyaya xəbərdarlıq olduğunu bildirib.

News24.az xəbər verir ki, Şah BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı avqustun 26-da ölkənin Çinlə sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən daşqınlara toxunub.

Baş nazir bildirib ki, təbii fəlakət nəticəsində 1453 nəfər həyatını itirib.

“Bu, sadəcə yerli faciə deyildi. Bu, bütün dünyaya xəbərdarlıq idi. Bu xəbərdarlığı eşitdinizmi?” – deyə Şah bildirib.

O, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin təxminən üç il əvvəl Everestə səfəri zamanı iqlim fəlakəti ilə bağlı xəbərdarlıq etdiyini xatırladıb.

Şah siyasi liderlərin iqlimlə bağlı xəbərdarlıqları həssas qrupların ehtiyac duyduğu sürət və miqyasda həyata keçirməkdə səhlənkarlıq etdiyini bildirib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər