Ermənistanın 59 faizi referendum istəyir: Paşinyanın dediyini deyənlər çoxalır
25 Sep 2026, 16:30
1 baxış
Admin
Ermənistan əhalisinin əksər hissəsi Avropa İttifaqına üzvlüyə meyllidir.
Bu ölkədə keçirilən son rəy soğrusunun nəticələrinə görə, respondentlərin 29,4%-i Avrasiya İqtisadi İttifaqın tərkibində qalmalı, 35,1%-i isə Aİ üzvlüyünə doğru irəliləməli olduqlarını bildirib.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistandakı GALLUP Beynəlxalq Assosiasiyasının tamhüquqlu üzvü olan MPG MMC-nin direktoru Aram Navasardyan 22-24 sentyabr tarixlərində keçirilən sorğunun nəticələrini təqdim edərkən bildirib.
Rəyi soruşulanların "24,7%-i səsvermədə iştirak etməyəcəklərini, 10,9%-i isə cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər. Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu məhdudiyyətlərin səbəbləri barədə sorğuya cavab da maraqlı olub. Sorğuda iştirak edənlərin 52,4%-i bunun Ermənistan rəhbərliyinə iqtisadi təzyiq göstərmək üçün edildiyini, 40,5%-i Ermənistanın Avropa Birliyinə qoşulmaq istəyi, 5,1%-i isə Ermənistan mallarının keyfiyyət problemlərilə bağlı olduğunu bildirib.
Ermənistanda referendum keçirilməsi məsələsinə gəldikdə, respondentlərin 38,5%-i Ermənistanda referendumun mütləq keçirilməli olduğunu, 20,3%-i isə "əsasən bəli" cavabını veriblər. Bu o deməkdir ki, vətəndaşların 59 faizi belə bir referendumun keçirilməli olduğuna inanır. Bu fonda referendum məsələsinə 9,3% "əsasən xeyr", 25,1%-i isə "qətiyyən yox" cavabını verib. 6,9%-i isə qərar verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğularda 1001 nəfər iştirak edib.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az