Saxta hesablarla təhqirlər yazan İlhamə Kərimova həbs edildi
25 Sep 2026, 09:57
2 baxış
Admin
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təhqirdə təqsirləndirilən İlhamə Kərimova həbs edilib.
News24.az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 148-2-ci maddəsi ilə iş açılmış şəxs barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İ.Kərimova barəsində 2 sayt rəhbəri xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Onlar həmin şəxsin sosial şəbəkələrdə saxta hesablar açaraq barələrində təhqiramiz ifadələr işlətdiyini iddia ediblər. /Unikal.az/
Mənbə:
news24.az