Müğənninin albom fotosu müzakirə yaratdı - Foto
24 Sep 2026, 14:20
2 baxış
Admin
Müğənni Teylor Sviftin yeni mahnısının üz qabığı sosial şəbəkədə müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, müğənninin “Patient Zero” adlı yeni sinqlı sentyabrın 25-də yayımlanacaq.
Mahnının üç fərqli versiyası üçün ayrıca disklərin satışa çıxarılması diqqət çəkib.
Lakin sosial şəbəkə istifadəçiləri albomun üz qabığında fotonun həddindən artıq redaktə edildiyini bildirərək Svifti tənqid ediblər.
Bəzi istifadəçilər görüntüdəki montaj və fotoşop effektlərini uğursuz hesab ediblər.
Mənbə:
news24.az