Məşhur aparıcını “Lukoil”də aldatdılar:
23 Sep 2026, 16:22
2 baxış
Admin
Aparıcı Şəbnəm Naibli “Lukoil” yanacaqdoldurma məntəqəsində aldadıldığını iddia edib.
“Bakupost” xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, operator avtomobilin dolu çəninə 48 manatlıq yanacaq vurması haqda çek verib. Aparıcı isə bunun mümkünsüz olduğunu deyir:
“Rayona yola çıxacağım üçün benzini bir gün əvvəldən tam doldurmuşdum. Evdən çıxıb Sədərək Ticarət Mərkəzinə gedənə qədər gördüm ki, benzin bir qədər azalıb. Sədərəyin girişindəki “Lukoil” yanacaqdoldurma məntəqəsinə daxil oldum və bildirdim ki, çəndə benzin var, sadəcə tam doldurulmasını istəyirəm.
Mənə 48 manatlıq benzin vurublar. Mənim maşınımın deposu tam boş olanda tutumu cəmi 70 manat edir. Yəni 48 manatlıq, 30 litrlik bu benzini hara vurublar, bilmirəm. Orada da narazılığımı bildirdim. Qaynar xəttə zəng vurub tələb etdim ki, araşdırılsın, maşınıma bu qədər benzinin necə vurula biləcəyi müəyyənləşdirilsin. Bu qədər insanların cibinə girmək olmaz. Qaynar xəttə müraciət etməyimdən günlər keçib, hələ də geri dönüş yoxdur. Araşdırmaq kimi bir niyyətləri olmadığı üçün buradan səslənirəm - Mən aldandım, siz ehtiyatlı olun”.
Lalə, BakuPost
Mənbə:
bakupost.az