Digər

Dünyanı bizə səhv göstərirlər? Xəritələrlə bağlı maraqlı fakt

23 Sep 2026, 16:35 9 baxış Admin
Dünyanı bizə səhv göstərirlər? Xəritələrlə bağlı maraqlı fakt

Xəritələr Yer kürəsini tam obyektiv şəkildə əks etdirmir. Ölkələrin ölçülərinin göstərilməsində coğrafi xüsusiyyətlərlə yanaşı, siyasi seçimlər də rol oynaya bilər.
“Bakupost” xəbər verir ki, alimlərin fikrincə, xəritələrdə təhrif qaçılmazdır. Bunun əsas səbəbi Yerin üçölçülü, xəritələrin isə ikiölçülü olmasıdır.
Məsələn, “Mercator” xəritəsində qütblərə yaxın ərazilər daha böyük, Afrika isə real ölçüsündən daha kiçik göstərilir. “Equal Earth” xəritəsində isə ölkələrin ölçüləri daha real əks etdirilir.
Mütəxəssislər bildirirlər ki, xəritələrdə hansı ərazilərin ön plana çıxarılması və necə göstərilməsi insanların coğrafi və siyasi baxışlarına təsir edə bilər.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər