“Fərəh söyüş söyüb, mənim nə günahım var?” –
22 Sep 2026, 09:35
1 baxış
Admin
Meyxanaçı Samirə Yusifqızı qızı Fərəh Samirəqızının sosial şəbəkələrdə yayılan və tənqidlərə səbəb olan videosundan sonra özünə də efir qadağası qoyulduğunu açıqlayıb.
"Bakupost" xəbər verir ki, Samirə Yusifqızı bu barədə “Şadlıq olsun” verilişində danışıb.
Meyxanaçı bildirib ki, qızının efirdən uzaqlaşdırılmasını anlasa da, özünə də efir qadağası qoyulmasını haqsız hesab edir.
"Efirdə söyüş söyənlər hələ də efirdədirlər. Yaxşı, mənim nə günahım var? Fərəhi çağırmırsınız, başa düşdüm.
Mən illərin sənətkarıyam, ali savadlı müğənniyəm, sözünü demiş insanam, ilk meyxanaçı xanımam. Mənim nə günahım var? İndiyədək efirdə nə hörmətsizlik etmişəm, nə söyüş söymüşəm, nə də açıq geyinmişəm. Bu gün mənə niyə efir qadağası qoyulub, bilmirəm”, – deyə Samirə Yusifqızı bildirib.
Yasəmən
Mənbə:
bakupost.az