Kriminal

Bakıda iki maşın toqquşdu - Bir nəfər öldü

22 Sep 2026, 09:42 3 baxış Admin
Bakıda iki maşın toqquşdu -  Bir nəfər öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Vahid Məmmədovun idarə etdiyi “Opel Frontera” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Ozal Yusifovun idarə etdiyi “Mercedes Benz E” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Məmmədov xəsarət alıb.

Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb./APA

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər